Fogito üçün dizayn etdiyimiz vebsayt SaaS brendləri üçün ideal olan təmiz, sistemli və konversiyaya yönəlmiş bir quruluşa malikdir.
Hero bölməsində məhsulun əsas funksionallıqları dərhal göstərilir — həm masaüstü, həm də mobil interfeys nümunələri ilə.
Aydın başlıqlar, güclü CTA-lar və intuitiv naviqasiya istifadəçinin diqqətini məhz məhsulun imkanlarına yönəldir.
Pastel rəng palitrası və zərif kölgələr vebsayta dostyana, lakin peşəkar bir atmosfer bəxş edir.
Nəticədə Fogito-nun brend kimliyini əks etdirən müasir, çevik və etibarlı bir rəqəmsal təcrübə yarandı.